“Qəbələ” Sloveniyaya gedir
21.05.2012 - 11:31
“Qəbələ” klubunun növbəti mövsümə hazırlığı Sloveniyada keçirəcəyi gözlənilir. Apasport.az saytının məlumatına görə, yay təlim-məşq toplanışını Avropada keçirməyi qərara alan komanda bu ölkəni seçməyi daha məqsədəuyğun sayır.
Düzdür, hazırlıq prosesi üçün Avstriya variantı da olsa da, Sloveniya daha üstün tutulur. Bu, ilk növbədə ora gələn komandalar çox olduğundan, yoxlama oyunlarına rəqib seçmək variantı daha əlverişli olmağı ilə bağlıdır. “Qəbələ”nin qalacağı məkan, təlim-məşq toplanışının dəqiq tarixləri qarşıdakı günlərdə müəyyənləşəcək. Bundan sonra yoxlama oyunlarında rəqiblərlə bağlı danışıqların nəticələri bilinəcək.
Qeyd edək ki, iyunun 26-da Qəbələdə bir araya gələcək komandanın hazırlığın ilk mərhələsini orada keçirəndən sonra iyulun 13-də xaricə yollanacağı gözlənilir.

0
0