Rəşad Abdullayev: Məni buraxmaq yox, saxlamaq istəyirlər
21.05.2012 - 13:50
“Müqaviləmin müddəti bitib. Hələlik yeni anlaşma barədə söhbətimiz olmayıb”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi”nin futbolçusu Rəşad Abdullayev deyib.
Son 2 mövsümdə “ağ-qaralar”ın heyətində çempion olan sağ cinah yarımmüdafiəçi hələlik hansı komandada oynayacağını bilmir.
Onun sözlərinə görə, digər variantları olsa belə, karyerasını “Neftçi”də davam etdirmək istəyir: “Başqa təkliflərim var. Ancaq öncə öz klubumun təklifini dəyərləndirəcəyəm. Artıq 3 ildir “Neftçi”də oynayıram. Bu müddətdə ardıcıl 2 il çempion olmuşam, oyunumu tutmuşam. Mən tez-tez klub dəyişməyi sevmirəm. Bu zaman yeni komandaya, mühitə öyrəşmək lazım olur. Təsadüfi deyil ki, karyeramda 3 klubda oynamışam”.
Abdullayev klub rəhbərliyinin onu yeni müqavilə ilə bağlı danışıqlara dəvət etməyini gözləyir: “Müqaviləm başa çatdığından, sərbəst futbolçuyam. Ancaq məni buraxmaq istəmirlər, qalmağımda maraqlıdırlar”.
Rəşad ötən mövsüm Premyer Liqada ən çox qol vuran yerli futbolçu oldu. Belə ki, özbək komanda yoldaşı Bahodir Nasimovun 16 qolla başçılıq etdiyi bombardirlik siyahısında yer alan Abdullayev 7 dəfə fərqləndi: “Azərbaycanlı futbolçular arasında ən məhsuldar futbolçu olmağım mənim üçün sevindiricidir. Vurduğum qollara nəzər salanda, görürəm ki, baxımlı alınanlar və həlledicilər olub. Əslində, bundan da artıq fərqlənə bilərdim. Oyunlarda çoxlu imkanlarım oldu və çempionatda 10-12 qol vura bilərdim. Ancaq mən bir cinah yarımmüdafiəçisi kimi məhsuldar ötürmələr verərək, komanda yoldaşlarımızın fərqlənməyinə imkan yaratmışam”.
Qeyd edək ki, Rəşad “Neftçi”yə kimi “Xəzər Universiteti” və “Xəzər Lənkəran”da oynayıb.

0
0