Alim Qurbanov: Hamısı boş-boş söhbətlərdir
21.05.2012 - 15:17
“Əvəzedici komandanın baş məşqçisi təyin olunmağım barədə yayılan xəbərlər yalandır”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu Alim Qurbanov deyib.
Ölkə mətbuatında 35 yaşlı futbolçunun karyerasını bitirdiyi və cənub təmsilçisinin əvəzedici komandasının baş məşqçisi təyin olunması barədə xəbərlər yayılıb. Bunları təkzib edən Qurbanov bildirib ki, yayılan xəbərlərin əsası yoxdur: “Hamısı boş-boş söhbətlərdir”.

0
0