Türkiyə Futbol Federasiyasına silahlı hücum
21.05.2012 - 23:04
Türkiyə Futbol Federasiyasına silahlı hücum
Ötən gecə Türkiyə Futbol Federasiyasının (TFF) Ankaradakı qərargahına silahlı hücum olub. Apasport.az saytının məlumatına görə, naməlum şəxslərin gecə yarısı avtomobildən binaya doğru atəş açdıqları bildirilir.

Lakin gecə vaxtı federasiyada heç kim işləmədiyindən, xəsarət alan olmayıb. Lakin açılan 7 güllə binanın pəncərələrinə tuş gəlib. Faktla əlaqədar cinayət işi qaldırılıb. Binanın təhlükəsizlik kameralarındakı görüntülərə əsasən araşdırmalar aparılır.