İrlandiya çempionu “Neftçi” ilə oynaya bilməz
22.05.2012 - 09:00
2012/13 mövsümündə Çempionlar Liqasında iştirak edəcək daha 1 komandanın adı məlum olub. Apasport.az saytının məlumatına görə, Gürcüstan çempionunun adı Umaqlesi Liqanın son turunda müəyyənləşib. “Zestafoni” və “Metrallurq” eyni xal toplasa da əlavə göstəricilərə görə birincilər çempion adını qazanıb. Bununla da Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanan “Zestafoni” hələlik püşkatma zamanı hansı səbətdə yer alacağını bilmir. Əvəzində Gürcüstan çempionunun müəyyənləşməsi İrlandiya təmsilçisi “Şemrok Rovers”in səbətinə aydınlıq gətirib. Ada təmsilçisi Azərbaycan çempionu “Neftçi” kimi səpələnməmişlər sırasında olacaq. Bu isə onların təmsilçimizlə qarşılaşmaması deməkdir.
Qeyd edək ki, “Zestafoni” ardıcıl 2-ci dəfə ölkə çempionu adını qazanıb.
Qeyd edək ki, “Zestafoni” ardıcıl 2-ci dəfə ölkə çempionu adını qazanıb.
0
0