Berti Foqts: Portuqaliya millisinin bütün oyunları izləyəcəyik
23.05.2012 - 10:18
“Avro-2012-də Portuqaliya millisinin keçirəcəyi bütün oyunları izləyəcəyik. Rusiya yığmasının bizim üçün bu çempionatda təhlil olunmasını düzgün hesab etmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqibi olan komandaların oyunlarının izlənməsi ilə bağlı planlarını açıqlayıb: “Çünki Dik Advokatın gedişindən sonra komandada dəyişikliklərin olacağı şübhəsizdir. Mayın 26-da keçiriləcək Çexiya – İsrail oyununu köməkçim Olaf Yansen, mayın 31-də Almaniya – İsrail qarşılaşmasını isə özüm izləyəcəyəm. Şimali İrlandiya yığmasının 2 oyununa baxmışıq, digər qarşılaşmalarını da diqqət mərkəzində saxlayacağıq. İyunun 2-də isə Lüksemburq – Malta oyununu izləyəcəyəm”.
Mənbə: affa.az

0
0