AVRO-2012-də afrikalı futbolçu
07.06.2012 - 23:20
AVRO-2012-də afrikalı  futbolçu
"Mançester Siti" klubunun və İtaliya millisinin hücumçusu Mario Balotelli yenidən diqqət mərkəzinə düşüb. Apasport.az saytının xəbərinə görə, Qana əsilli futbolçu Avro-2012 öncəsi adını dəyişdirib.

Balotelli Avro-2012-də formasına Marionun əvəzinə, qanalı ailəsinin qoyduğu Barvuah adının yazılmasını tələb edib. Gənc futbolçunun bu tələbi müsbət qarşılanıb. Beləliklə, Balotelli Avropa çempionatında Mario yox, Barvuah adı altında çıxış edəcək.

Bu arada "Milan"ın baş məşqçisi Massimiliano Alleqri Balotelli haqda danışıb. İtaliyalı mütəxəssis artıq onu komandasında görmək istəmədiyini bildirib: "Balotelli "Milan"a gəlməyəcək. Çünki artıq hər kəs onunla mübarizə aparmaqdan yorulub. Balotellinin zaman keçdikcə düzələcəyini gözləsək də, hər şey əksinə olur. O, etdiyi hərəkətlərdən heç də peşmanlıq hissi duymur".