“Tuluza”nın hücumçusu “Qalatasaray”a keçdi
13.06.2012 - 16:34
“Tuluza”nın hücumçusu “Qalatasaray”a keçdi
“Qalatasaray” Türkiyə millisinin futbolçusu Umut Bulutun keçidini həll edib. Apasport.az saytının məlumatına görə, “Cim Bom” 29 yaşlı hücumçunu “Tuluza” klubundan 1 illiyə icarəyə götürdüyünü rəsmən açıqlayıb. İstanbullular bunun üçün Fransa təmsilçisinə 350 min avro ödəyiblər. Umut İstanbul təmsilçisində 1 mövsümə 1,5 milyon avro qazanacaq.

Qeyd edək ki, Türkiyənin yaxında Portuqaliya millisinə 3:1 hesabı ilə qalib gəldiyi yoldaşlıq görüşündə etdiyi dublla diqqət çəkən Bulut “Trabzonspor”da çıxışı ilə tanınıb. O, milli komandamızla 1:0 hesabı ilə qalib gəldikləri son rəsmi oyunda qol vuran həmkarı Burak Yılmazı əvəzləmişdi.