Lionel Messi: Oğlum olacaq
17.06.2012 - 18:00
Lionel Messi: Oğlum olacaq
Son 3 ildə dünyanın ən yaxşı futbolçusu seçilən argentinalı Lionel Messi ata olacağı ilə bağlı gəzən şayiələri təsdiqləyib. Apasport.az saytının məlumatına görə, “Barselona”nın 25 yaşlı hücumçusu sevgilisi Antonello Rokussonun hamilə olduğunu etiraf edib. Messi oğul atası olacağını bildirib: “Fikrimcə, oğlum olacaq. Mənə heç nə demək istəmirdilər. Çünki biz şəxsi həyatımızı heç vaxt insanlar arasında müzakirə etmirik. Ancaq bizdən həmişə bu haqda soruşurdular. Buna görə də biz sevinci bölüşmək istədik”.

Qeyd edək ki, Antonellanın hamilə olmağı ilə bağlı şayiə bu ayın əvvəlində çıxdı. Bu, Messinin yığmasının heyətində Ekvador millisinə vurduğu qolu qeyd edərkən, topu maykasının altına salmağından sonra yarandı.