Elvin Beçiri: “Xəzər Lənkəran”dan ayrılmaq istəməzdim
17.06.2012 - 16:27
“Əlbəttə “Xəzər Lənkəran”dan ayrılmaq istəməzdim. 3 ilə yaxındır bu komandanın formasını geyinirəm. Futbolçu karyerasında belə hallar qaçılmazdır. Bu gün burda, sabah başqa yerdə oynayırsan”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubundan kənarlaşdırılan Elvin Beçiri deyib.
Hazırlıqlarını Avstriyada davam etdirən “Xəzər Lənkəran” bu gün 2 futbolçu ilə əməkdaşlığa son qoyub ki, bunlardan biri portuqaliyalı hücumçu Joao Paulo Pinto Ribeyro və albaniyalı müdafiəçi Elvin Beçiridi.
Hələ “ağ-yaşıllar”la 6 aylıq müqaviləsinin qaldığını bildirən Beçirinin sözlərinə görə, hazırda meneceri onun üçün klub axtarışına çıxıb: “3 ilə yaxındır ölkənizdəyəm. Əlbəttə, ilk “altılıq” komandalarından təklifinə baxmaq olar. İkinci "altılıq"da isə AZAL yaxşı komandadır. “Xəzər Lənkəran”a avrokuboklarda uğurlar arzulayıram”.

0
0