Elvin Beçiri: “Neftçi”? Niyə də yox!?
17.06.2012 - 17:50
“Xəzər Lənkəran” klubunun sabiq futbolçusu, albaniyalı müdafiəçi Elvin Beçirinin apasport.az saytının Avstriyaya ezam olunan əməkdaşına müsahibəsi
- Sizi artıq “Xəzər Lənkəran”ın heyətində görə bilməyəcəyik...
- Hə, elədir. Mənə dedilər ki, artıq azad futbolçusan. Özümə yeni komanda tapmalıyam.
- Variantlar var?
- Hələlik yoxdu, çünki bu xəbəri mənə dünən axşam dedilər. Hazırda menecerim komanda axtarışındadır. Ola bilsin yenidən Azərbaycanda, başqa ölkədə oynadım. Gözləyək.
- Haqqınızda belə qərar çıxarılacağını gözləyirdiz?
- Səmimi deyim ki, yox. 3 ilə yaxındır “Xəzər Lənkəran”da oynayıram, bu komanda mənim üçün doğmalaşıb. Bilirsiz, özümü evimdəki kimi hiss edirdim. Amma futbolçu həyatı belədir. Bu gün burda, sabah başqa yerdə oynamağa məcburuq.
- Yenidən Azərbaycanda oynamaq istərdiz?
- İlk “altılıq”da yer alan komandalardan təklif olsa, fikirləşməyə dəyər.
- Bəs ikinci “altılıq”?
- Orda da yaxşı komandalar var. Məsələn, AZAL pis komanda deyil.
- Ruslan Abışovun transferindən sonra haqqınızda belə qərar veriləcəyini gözləyirdiniz?
- Yox. Komandadan çıxarılmağımda Abışovun hansısa rolunun olduğunu düşünmürəm. Sadəcə, rəhbərlik belə qərar verdi və buna hörmətlə yanaşıram. Hər halda, klubsuz qalmaram.
- “Xəzər Lənkəran” əzəli rəqibi “Neftçi”dən Ruslan Abışovu transfer etdi. Təklif alacağınız təqdirdə, “Neftçi”yə keçib “Xəzər Lənkəran”a qarşı oynamaq fikrinizdən keçirmi?
- Yenə deyirəm, “Xəzər Lənkəran”dan ayrılmaq istəməzdim. Özümü burda çox rahat hiss edirdim. Bu komandanın heyətində çoxlu dostlar tapmışam. Amma mən də hardasa oynamalıyam. “Neftçi”də oynamağa gəlincə, niyə də yox? Axı mən də hardasa çörək pulu qazanmalıyam.
- “Xəzər Lənkəran”da 4 baş məşqçi - Ağasəlim Mircavadov, Mirça Rednik, Cüneyt Biçər və Yunis Hüseynovun rəhbərliyi altında oynadız. Onların iş prinsipi haqda nə deyə, onları bir-birindən nə ilə fərqləndirərdiniz?
- Adlarını sadaladığınız mütəxəssislərin hər birinə hörmətim var. Onları bir-birindən fərqləndirmək istəməzdim.
- Artıq qarşıdakı mövsümdə “Xəzər Lənkəran”da olmayacaqsız. Bəs sabiq komandanızdan Avropa Liqasında nə gözləyirsiz?
- Öncə keçmiş komandama avrokuboklarda uğurlar arzulayıram. Yəqin ki, püşkdə münasib rəqiblə düşüb, mərhələ keçərlər.

0
0