Türkiyə Superkuboku Bakıda oynanılmayacaq
18.06.2012 - 00:32
Futbol üzrə Türkiyə superkubokunun keçiriləcəyi yerlə bağlı yekun qərar verilib. Apasport.az saytının xəbərinə görə, Türkiyə Futbol Federasiyasının qərarına əsasən, Türkiyə çempionu "Qalatasaray" və kubokun sahibi "Fənərbaxça" arasında keçiriləcək matça Ərzurum şəhəri ev sahibliyi edəcək. Superkubok oyunu avqustun 11-də oynanılacaq.
Qeyd edək ki, bundan əvvəl superkubok oyununun Bakıda keçirilməsi gündəmdə idi. TFF hər iki kluba bu barədə müraciət etmişdi. Lakin görünür klublar buna o qədər də müsbət yanaşmayıb.
Qeyd edək ki, bundan əvvəl superkubok oyununun Bakıda keçirilməsi gündəmdə idi. TFF hər iki kluba bu barədə müraciət etmişdi. Lakin görünür klublar buna o qədər də müsbət yanaşmayıb.
0
0