AZAL klubu ilk legionerini “Çernomorets”dən tapdı
18.06.2012 - 11:05
İyunun 11-dən 17-dək Bakıda seleksiya xarakterli təlim-məşq toplanışı keçirən AZAL məqsədinə nail olmaq üzrədir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi artıq bir legionerlə müqavilə imzalayıb.
İlk gündən məşqlərə qatılan Ruslan Zubkov baş məşqçi Vaqif Sadıqovun etimadını qazanıb. “Çernomorets” klubunun yetirməsi olan, amma son mövsümü Ukrayna çempionatının I divizionunda çıxış edən “Odessa”nın heyətində keçirən müdafiəçi ilə iki illik müqavilə imzalanıb: “Futbolçunun oyunu məni qane etdi. Buna görə də onunla iki illik müqavilə imzaladıq. Hiss olunur ki, məktəb keçib. Yaşının az olması da işimizə yaradı”.
Qeyd edək ki, Zubkov 1991-ci ildə anadan olub. Mərkəz müdafiəçi eyni zamanda cinahlarda da çıxış etmək iqtidarındadır. “Transfermarket” şirkətinin xətti ilə ölkəmizə gələn futbolçu ilk dəfə olaraq legioner həyatı yaşayacaq. Onun babası Viktor Zubkov “Çernomorets”in, atası Vladislav Zubkov isə “Dnepr”in canlı əfsanələridir.

0
0