İtaliya yenə sövdələşmənin qurbanı olacaq? – YENİLƏNİR
18.06.2012 - 11:11
İtaliya yenə sövdələşmənin qurbanı olacaq? – YENİLƏNİR
Bu gün AVRO-2012-də C qrupunun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, İrlandiyanın qrupda qaldığı mübarizədə 1/4 finala 2 vəsiqə uğrunda 3 komanda yarışır. Xorvatiya, İspaniya və İtaliya yığmalarının xalları bərabər olarsa, öz aralarındakı oyunları nəticələri nəzərə alınacaq. Əgər ilk 2 millinin görüşü 2:2 hesabı ilə nəticələnərsə, italyanlar istənilən halda, qrupda qalacaq. Çünki onun Xorvatiya və İspaniya ilə matçları 1:1 hesabı ilə yekunlaşıb. İtaliyanın AVRO-2004-də olduğu kimi, sövdələşmənin qurbanı olub-olmayacağı maraqlı gözlənilir.




AVRO-2012

Final mərhələsi
III tur
C qrupu


23:45. XORVATİYA – İSPANİYA
Baş hakim: Volfqanq Ştark (Almaniya)
Qdansk. “PGE Arena” stadionu

23:45. İTALİYA – İRLANDİYA
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Poznan. “Miyejski” stadionu