“Azərbaycana yaşlı vaxtlarında pul qazanmaq üçün gedirlər”
18.06.2012 - 12:03
“Azərbaycana yaşlı vaxtlarında pul qazanmaq üçün gedirlər”
“Hazırda 3 ölkədən – Azərbaycan, Almaniya və İsveçrədən təkliflər almışıq. Bunlardan yalnız biri – Azərbaycan klubunun təklifi daha konkretdir. Onlara ya “hə”, ya “yox” deməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri bolqarıstanlı FİFA agenti Milko Banski deyib.

Bolqarıstanın “Levski” klubunun cinah hücumçusu Dani Mladenovun meneceri müştərisinin Azərbaycan klublarından birindən təklif aldığını açıqlayıb. Banskinin sözlərinə görə, Dani bu təklifə sonuncu dərəcəli kimi baxır: “Daninin özü isə daha çox Almaniyanın II Bundesliqada oynamağın tərəfdarıdır. Onun ən az üstünlük verdiyi variant isə Azərbaycan klubudur. Səbəb isə odur ki, bu ölkəyə adətən yaşlı vaxtlarında pul qazanmaq üçün gedirlər. Daninin isə 25 yaşı var. Futbolçu hətta Bolqarıstan klublarında oynamağı daha üstün sayır. Belə variantlar isə yetərincədir”.