Zəfər Yetiş: “Qəbələ” ilə yoldaşıq oyunu keçirmək istəyirik
18.06.2012 - 12:39
Zəfər Yetiş: “Qəbələ” ilə yoldaşıq oyunu keçirmək istəyirik
“Azərbaycan qardaş ölkə olduğuna görə yeni mövsümə Qəbələdə hazırlaşmağı məqsədəuyğun saydıq”. APA-nın məlumatına görə, bu sözləri Türkiyə Super Liqasına yeni yüksələn “Elazığspor” klubunun səlahiyyətli nümayəndəsi Zəfər Yetiş deyib.

İstanbulda yeni mövsümə hazırlıq planları çərçivəsində transfer işləriylə məşğul olduqlarını söyləyən Yetiş bildirib ki, iyulun 15-də Azərbaycanın Qəbələ şəhərinə gedərək orada yeni mövsümə hazırlaşacaqlar: “Azərbaycan bizə qardaş ölkə olduğuna görə yeni mövsümə orada hazırlaşmağı qərarlaşdırmışıq. Qəbələnin gözəl və səfalı bir yer olduğunu, hazırlıqlarımızı yüksək səviyyədə aparmaq üçün orada bizə hər cür şəraitin yaradılacağını öyrəndik. Bundan əlavə, Qəbələnin güclü futbol komandası olduğunu da bilirik. O komanda ilə də yoldaşlıq görüşü keçirmək istəyirik. Aldığımız məlumata görə, Türkiyədən bəzi başqa klublar da yeni mövsümə Qəbələdə hazırlaşmağı planlaşdırıb, biz orada Türkiyədən gedəcək olan komanda ilə matç oynamağı planlaşdırırıq. İnanırıq ki, əlaqələrimizin möhkəmlənməsi gələcəkdə qardaş Azərbaycandan komandamızda oynamaq üçün oyunçular transfer etməyimizə də kömək edəcək. Qəbələdəki hazırlıq işlərimiz avqustun 3-də bitəcək və Türkiyəyə qayıtdıqdan sonra super liqadakı ilk oyunumuza hazırlaşacağıq”.