“Bakı”nın futbolçusunun Avropa çempionatlarında rekordu qırıldı
18.06.2012 - 14:04
“Bakı”nın latviyalı futbolçusu Maris Verpakovskisin Avropa çempionatları tarixində rekordu qırıldı. Apasport.az saytının məlumatına görə, Yunanıstan millisinin kapitanı Qiorqos Karaqunis son 1 ildə ölkəmizdə çıxış edən 33 yaşlı hücumçunun göstəricisini arxada qoyub. Bu, ilk hissədə vurulan ən gec qolla bağlıdır.
Belə ki, Karaqunis AVRO-2012-də Rusiyaya 1:0 hesabı ilə qalib gəldikləri son qrup oyununun ilk hissəsində 2-ci uzatma dəqiqəsində rəqib qapısına yol tapıb. Bu, 1960-cı ildə keçirilən Avropa çempionatlarında fasiləyə kimi vurulan ən gec qol oldu. Bunadək ən gec qolun müəllifi olan Maris AVRO-2004-də Latviya yığmasının heyətində Çexiya millisinə 1:2 hesabı ilə uduzduqları matçın 45+1-ci dəqiqəsində fərqlənmişdi.
Qeyd edək ki, Verpakosvkis bombardilərindən (90 oyuna 28 qol) biri olduğu yığmasının final mərhələsində ilk və hələ ki yeganə qolunun müəllifidir. Latviya millisinin böyük turnirlərdə yeganə iştirakı 8 il öncə Portuqaliyada keçirilən həmin final mərhələsi olub.

0
0