Azərbaycandakı dünya çempionatına biletlərin satış nöqtələri
18.06.2012 - 13:30
FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış oyununa biletlər aprelin 16-dan çempionatın rəsmi səhifəsi olan fifa.com/azerbaijan2012–də satış üçün aktiv edilib. Apasport.az saytının məlumatına görə, iyunun 16-dan isə artıq aşağıda göstərilmiş satış nöqtələrinə yaxınlaşıb kağız bilet əldə edə, həmçinin onlayn əldə etdiyiniz biletləri dəyişdirə bilərsiniz. Satış nöqtələrinin ünvanları aşağıdakılardır:
1. Bakcell müştəri xidmətləri – Nizami 83 filialı
2. Xalq Bank – Neftçilər filialı
3. Park Bulvar Alış Veriş Mərkəzi – 1-ci mərtəbə
4. Metro Park Ticarət Mərkəzi – 1-ci mərtəbə
Çempionatın bilet satışı ilə əlaqədar hər hansı bir məlumata ehtiyacınız olarsa, aşağıdakı nömrələrə zəng edə bilərsiniz:
Tel: +994 12 4803691 (Beynəlxalq zənglər), +994 12 4803690 (Lokal zənglər)
Mob: +994 55 5252012 (Beynəlxalq zənglər), +994 55 5152012 (Lokal zənglər)
E-mail: [email protected]
Qeyd edək ki, sentyabrın 22-də saat 19:30-da keçiriləcək açılış mərasimində ölkəmizdə ilk dəfə olaraq dünya şöhrətli pop ulduz Cenifer Lopez iştirak edəcək.
Mənbə: affa.az

0
0