“Xəzər Lənkəran” Kiyev “Dinamo”suna məğlub oldu - YENİLƏNİB
20.06.2012 - 21:46
“Xəzər Lənkəran” Kiyev “Dinamo”suna məğlub oldu - YENİLƏNİB
Bu gün “Xəzər Lənkəran” Avstriyadakı təlim-məşq toplanışında 2-ci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Avroliqada ölkəmizi təmsil edəcək komanda Kiyev “Dinamo”su ilə oynayıb. Matç yerli vaxtla saat 18:00-da (Bakı vaxtilə saat 21:00-da) başlayıb və ukraynalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Lənkəranlıların Kiyev “Dinamo”sunun əvəzedici komandası ilə oynayacağı deyilsə də, əslində, rəqib fərqli olub. Belə ki, cənublular Ukraynanın ən köklü, titullu klubunun əsas komandasının əvəzedici futbolçuları ilə üzləşib. Yəni aparıcı futbolçuları yığmaların heyətində AVRO-2012-də iştirak edən “Dinamo” Avstriyaya əsasən ehtiyatda qalan futbolçularla yollanıb. Ancaq tanınmış rusiyalı baş məşqçi Yuri Syominin sərəncamında yetərincə tanış adlar var. Bunlar əsas komandada oynayan, bəziləri isə hətta yığma üzvü olan makedoniyalı Qoran Popov, braziliyalılar Betao ilə Dudu, serbiyalı Miloş Ninkoviç, mərakeşli Bədr Əl-Kadduri, isveçrəli Admir Mehmedi, ukraynalı Artyom Kravetsdir.

İyunun 14-dən Avstriyanın Tirol vilayətində hazırlıq keçən “Dinamo” ilk yoxlama oyununda yerli “Ketamen” klubunu darmadağın edib – 13:0. Kiyevlilər 10 günlük toplanışında 2-ci matçını Rusiya kubokunun son qalibi “Rubin”lə keçirməyi planlaşdırmışdı. Ancaq Avstriyada təlim-məşq toplanışında olan Kazan təmsilçisi ilə matç baş tutmadığından, “Xəzər Lənkəran”la oynamaq qərara alınıb.

Qeyd edək ki, Yunis Hüseynovun baş məşqçisi olduğu Lənkəran təmsilçisi Avstriyada ilk sınaq matçında Almaniyanın Regional Liqasında çıxış edən “Starnberq” klubunu 6:0 hesabı ilə məğlub edib.

Yoldaşlıq görüşü

“Xəzər Lənkəran” - “Dinamo” (Kiyev) 0:2
QOLLAR: Rıbalka, 33, Kravets, 45+2

“Xəzər Lənkəran”: 1.Kamran Ağayev, 8.Eder Bonfim, 33.Manuel Skarlatake, 2.Elnur Allahverdiyev, 21.Radomir Todorov, 10.Elnur Abdullayev, 14.Rahid Əmirquliyev, 6.Robert Alvis, 16.Adrian Pit, 81.Rikardo Qomes, 9.Branimir Subaşiç
“Dinamo”: 71.Denis Boyko, 2.Danilo Silva, 3.Betao, 6.Qoran Popov, 44.Leandro Almeyda, 30.Badr Əl-Kadduri, 24.Sergey Rıbalka, 36.Miloş Ninkoviç, 99.Dudu, 13.Admir Mehmedi, 22.Artyom Kravets

Oyundan 4 sat əvvəl yağan güclü yağışdan sonra gün çıxsa da Tirolun üzərini yenidən buludlar bürüyüb. Yenidən leysanın başlaması istisna deyil.
Komandalar isinmə hərəkətlərini də yağış altında etdi.
Oyun başladı.
İlk hücum lənkəranlılardan gəldi. Lakin sol cinah asmasını Boyko zərərsizləşdirdi.
Ukraynalılar ardıcıl hücumlar təşkil etsə də təhlükəli epizod yarada bilmədi.
Əvəzində təmsilçimiz ard-arda 2 zərbə ilə kiyevlilərin qapıçısını narahat etdi. əvvəl Qomes, sonra Abdullayev qapıdan yuxarı vurdular.
Çox fəal olan Mehmedidən növbəti zərbə və müdafiəçilərimiz yenə fədakarcasına topun qarşısına atılır.
Bu dəfə isə Mehmedi müdafiəçinin səhvindən yararlandı. lakin Kamran yerində idi və zərbəni dəf etdi.
Abdullayevin cavabı özünü gözlətmir.
amma Mehmedi dayanmaq bilmir. Meydanda ən fəal olan Admir gah özü irəliləyir, gah komanda yoldaşlarını əlverişli vəziyyətə çıxarır. Lakin hələ hesab açılmayıb.
Rıbalkanın zərbəsi qapı dirəyinə tuş gəldi.
Skarlatake 27 metrdən qapıçının sayıqlığını yoxlamaq istəsə də ona dəqqiqlik çatmadı.
Pitin 29 metrdən vurduğu zərbədə dəqiqlik çatmadı.
Dudu sağ cinahda müdafiəçini aldadıb qapıçı meydanına ötürmə etdi. Orada hamıdan cəld tərpənən Rıbalka hesabı açdı.
Dududan yenə gözəl ötürmə. Amma Kamran Kravetsin topa toxunmasına imkan vermir.
Bonfimlə Ninkoviç toqquşaraq yerə yıxılır.
Alviz El-Kadduriyə qarşı kobudluğa görə sarı vərəqə ilə cəzalanır.
Subaşiç Betaonu aldadıb cərimə meydanında yıxılır. Hakim penalti vermir.
Kamranın topu əlindən buraxmasından sonra Kravets fərqi artırdı.
İlk hissə başa çatdı.
Fasilə.
İkinci hissə başladı.
Komandalar 2-ci hissəyə əvəzetmələrlə başlayıb. Lənkəranlılarda Subaşiçin əvəzinə Rendal Brens meydandadır.
Kiyevlilər isə Popovla Dudunun yerinə Yusufla Eskobarı meydana buraxıb.
Skarlatakenin uzaq zərbəsi birbaşa qapıçının üstünə gedir.
Kravetsin zərbəsini isə Kamran dəf edir.
Kravetsin güclü zərbəsi, Kamran yerindədir.
Bu dəfə Kravets daha uzaqdan zərbə endirdi. Lakin yenə Ağayev komandasını xilas etdi.
Ribalka 23 metrdən qapını düz nişan aldı. Yenə Kamran.
El-Kaddurinin səhvindən istifadə edən Pitin zərbəsini isə Boyko tutdu.
Yunis Hüseynov daha 2 əvəzetmə edir. Kamran Ağayev Kamal Bayramov, Rikardo Qomes isə Elvis Sariçlə əvəzlənir.
Abdullayev Abdullazadə ilə əvəzlənir.
Bayramov meydana girəndən az sonra oyuna daxil olur. O, Kravetsin zərbəsini dəf edir.
Mehmedi Kaverinlə əvəzləndi.
Lənkəranlıların kəskin hücumunun qarşısını almaq üçün Yusuf Ayila kobudluq etdi və sarı vərəqə ilə cəzalandı.
Kravets Xlebas, Boyko isə Kiçakla əvəzləndi.
Qapı ağzına ötürmədən sonra Brenesin zərbəsi qapıdan yan keçdi.
Rıbalka Buyalski ilə əvəzləndi.
Xlebas gözəl ötürmə ilə Xlebası əlverişli mövqeyə çıxarır. Lakin o yalnız künc zərbəsi qazanır.
Cinah asmasından sonra Yusuf hamıdan yüksəyə tullanaraq lənkəranlıların fərqi azaltmasına imkan vermədi. Yoxsa Kiçakın qapısında təhlükə yaranacaqdı.
Matç başa çatdı - 0:2.