“Neftçi” “Aston Villa”dan üstün oldu
20.06.2012 - 11:58
“Neftçi” “Aston Villa”dan üstün oldu
Bakının “Neftçi” klubunun yeni transferi braziliyalı Bruno Bertuççi təkcə Azərbaycan çempionunun deyil, həm də bir sıra İngiltərə komandalarının diqqət mərkəzində imiş. Apasport.az saytının məlumatına görə, ötən mövsümü İsveçrənin “Qrasshoppers” klubunda keçirən 22 yaşlı sol cinah müdafiəçisi Premyer Liqa klublarının hədəfində olub. Belə ki, adlı-sanlı “Aston Villa”, həmçinin “Bolton” və “Sanderlend” də Brunoya elçi düşübmüş. Lakin “Neftçi” ingilis klublarını qabaqlayıb və Bruno üçün Azərbaycan çempionu “Aston Villa” dan da üstün olub.