Braziliyalılar “Xəzər Lənkəran”ı görməyəcək
20.06.2012 - 14:37
Bu gün “Xəzər Lənkəran”la yoxlama oyunu keçirəcək Kiyevin “Dinamo” klubu baxışa çağırdığı legionerlərin 3-dən imtina edib. Apasport.az saytının məlumatına görə, Avstriyada təlim-məşq toplanışında olan ukraynalıların baş məşqçisi yuri Syomin 1 həftədir sınadığı braziliyalılar Felipe Oliveyra, Bruno Silva və Dieqo Vieyranı bəyənməyib.
Baxışa çağırılan hər 3 cənubi amerikalı “Xəzər Lənkəran”la oyun ərəfəsində vətənlərinə göndərilib. Avstriyanın “Kematen” komandası ilə iyunun 17-də baş tutan qarşılaşma (13:0) braziliyalılar üçün “Dinamo”dakı yeganə matç olaraq qalıb.

0
0