Əmək Yarmarkasında dünya çempionatının təbliğatı - FOTOSESSİYA
20.06.2012 - 17:00
Əmək Yarmarkasında dünya çempionatının təbliğatı - FOTOSESSİYA
Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “MƏZUN 2012” Əmək Yarmarkası keçirilib. Apasport.az saytının məlumatına görə, FİFA U-17 qadınlararası dünya çempionatı Yerli Təşkilat Komitəsi (YTK) də sərgidə iştirak edərək, gənclərə çempionatın təşkilində könüllülük və iş imkanları haqqında məlumat veriblər. Sərgi ziyarətçiləri könüllülük proqramı və vakansiyalara böyük maraq göstərib, YTK nümayəndələrinə öz suallarını ünvanlandırıb, işlə əlaqəli CV-lər təqdim ediblər.

Dünya çempionatının təbliğat materiallarının, müxtəlif hədiyyələrin paylandığı əmək yarmarkasında Top Top Qız da öz rəqsi ilə ziyarətçiləri əyləndirib. Gənclər üçün yeni iş imkanlarının, fərqli karyera proqramlarının təqdim edildiyi sərgidə 80-dən çox holdinq, şirkət, bank (iri və orta biznes nümayəndələri) və dövlət qurumu 35 universitetin məzunlarına 800-ə yaxın iş yeri təklif edib. Artıq bir neçə ildir təqdim olunan sərgidə gənclər yeni iş imkanları ilə tanış olur, müxtəlif təcrübə proqramlarında iştirak etmək şansı qazanırlar.

Qeyd edək ki, FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi bundan öncə keçirilən “MƏZUN 2011” əmək yarmarkasında da iştirak etmişdi.

Mənbə: affa.az