Sergey Rebrov: Bir “Neftçi”ni tanıyıram, bir də “Xəzər Lənkəran”ı
20.06.2012 - 23:01
“Fikrimcə Ukrayna yığması AVRO-2012-də pis çıxış etmədi. Güclü qrupda mübarizə apardıq”. Bu sözləri apasport.az saytının Avstriyaya ezam olunmuş əməkdaşına açıqlamasında Ukrayna futbolunun əfsanəsi Sergey Rebrov deyib.
Ukrayna millisinə və Kiyev “Dinamo”sundakı çıxışları ilə tanınan veteran futbolçu Tirolda keçirilən “Xəzər Lənkəran” – “Dinamo” oyunu öncəsi AVRO-2012 haqda danışıb: “Ümumilikdə, qrupda qalsaq da, komandanın çıxışını qənaətbəxş saymaq olar. Nəzərə alın ki, İngiltərə ilə oyunda hakim kobud səhvə yol verdi. 100 faizlik qolumuz sayılmadı”.
Hazırda məşqçi kimi çalışan Rebrov Azərbaycan haqda fikirlərini də bildirib: “Azərbaycan futbolu haqda elə də məlumatlı deyiləm. Bir “Neftçi”ni tanıyıram, bir də “Xəzər Lənkəran”ı. Bildiyim odur ki, “Neftçi” çempion, “Xəzər Lənkəran” isə ikinci yeri tutub. Ölkənizdən təklif almamışam. Olsa, fikirləşməyə dəyər. Bilirəm ki, ölkənizdə ukraynalı futbolçular, mütəxəssislər olub. Amma mənə hansısa təklif gəlməyib”.

0
0