“Xəzər Lənkəran” üçün daha 2 güclü rəqib
20.06.2012 - 23:02
Avstriyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”ın növbəti yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Yunis Hüseynovun yetirmələri iyunun 20-də keçirilən Kiyev “Dinamo”sundan sonra da güclü komandalarla qarşılaşacaq.
İyunun 24-dəki matç Rumıniyanın “Vaslui” klubuna qarşı olacaq. 4 gün sonra isə lənkəranlılar Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubu ilə qarşılaşacaq.
Vaxtilə “Neftçi”ni İntertoto kubokundan kənarlaşdıran “Vaslui” tarixinin ən yaxşı dövrünü yaşayır. Rumıniya çempionatında 2-ci olan komanda bununla da Çempionlar Liqasına vəsiqə qazanıb. Bu dəfəki gümüş medallar isə klub tarixinin ən yüksək göstəricisidir.
Plovdiv təmsilçisi son mövsümdə yalnız 6-cı olsa da tarixində titullar var. 2003/04 mövsümündə çempion və Superkubokun sahibi olan komanda daha 1 dəfə gümüş medalçı olub və 4 dəfə kubokun finalınadək irəliləyib.

0
0