“Bakı” Gürcüstan yığmasının müdafiəçisini transfer etdi
20.06.2012 - 23:00
Müdafiənin cinahlarını gücləndirməyə çalışan “Bakı” növbəti transferini reallaşdırıb. Apasport.az saytının xəbərinə görə, paytaxtın eyni adlı komandası Gürcüstan yığmasının da formasını geyinən Georgi Popxadze ilə münasibətlərini rəsmiləşdirib.
Klubun baş meneceri Zeynal Məmmədovun sözlərinə görə, son mövsümü “Şturm Qraz”da keçirən futbolçu müdafiənin sol cinahını gücləndirəcək. Seçim zamanı başqa namizədlər olsa da, baş məşqçi Novruz Əzimov seçimini Popxadzedən edib.
Qeyd edək ki, 1986-ci ildə anadan olan Popxadze peşəkar karyerasına 2003-cü ildə “Tbilisi” klubunda başlayıb. Üç il bu komandanın formasını geyinən futbolçu 26 oyunda iki qol vurmağı da bacarıb. Daha sonra Yunanıstana yollanan və “Olimpiakos”la anlaşan müdafiəçiyə bu komandanın heyətində debüt etmək nəsib olmayıb. O, 2006-cı ildə Danimarka klubu olan “Viborq”la münasibətlərini rəsmiləşdirib. 4 il bu klubun formasını geyinən Popxadze 74 oyunda meydana çıxıb. Daha sonra cinah müdafiəçisi Gürcüstana dönüb və “Zestafoni”nin uğurları üçün tər töküb. Futbolçu 2011-ci ildə Avstriyanın “Şturm Qraz” klubuna transfer olunub. O, 15 oyunda komandasına kömək edib. Bundan başqa, Popxadze ölkəsinin yığmasına da dəvət edilib. Müdafiəçi 2006/08-ci illərdə Gürcüstanın U-21 yığmasının heyətində 15 oyun keçirib. Futbolçu əsas yığmada isə 7 matça çıxıb.

0
0