Aleksandar Şoliç “Mura”ya qol vurmaq niyyətindədir
01.07.2012 - 09:28
Aleksandar Şoliç “Mura”ya qol vurmaq niyyətindədir
"Böyük sevinc içindəyəm. Uzun zaman idi ki, oğlumun yolunu gözləyirdim. Nəhayət, bu gün o, dünyaya gəldi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın futbolçusu Aleksandar Şoliç deyib.

Yarımmüdafiəçi Avropa Liqasının I təsnifat mərhələsində Sloveniya “Mura”sı ilə Bakıdakı oyunda qol vurmaq niyyətindədir. Şoliç bu qolu yeni dünyaya gələn oğluna həsr etmək istəyir: “Buna görə Tanrıya və həyat yoldaşıma minnətdaram. Bu amil bundan sonrakı futbolçu karyeramda əsas stimul olacaq. Sabah Bakıya qayıdıram. Avroliqada "Mura"ya qol vurub, bu qolu oğluma həsr etmək istəyirəm".

Qeyd edək ki, “Bakı” – “Mura” oyunu iyulun 5-də keçiriləcək.
0