Azərbaycan futbolunda görünməmiş qələbə
05.07.2012 - 21:24
Azərbaycan futbolunda görünməmiş qələbə
Bakının “İnter” klubu avrokuboklarda növbəti mövsümünə səfərdə başlayıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqamızın bürünc medalçısı bu gün Avroliqada Estoniyanın “Trans” klubu ilə ilk oyununa çıxıb.

Bu ilədək Estoniya təmsilçiləri ilə avrokuboklarda üzləşməsək də, siftəni “Xəzər Lənkəran” edib. Çünki onun “Nomme Kalyu” ilə Lənkəranda oyunu Estoniyadakı matçdan 30 dəqiqə tez başlayıb. Hər halda, bu ölkədə ilk avrokubok oyunu keçirən komandamız kimi “İnter” tarixə düşüb.

Lakin bakılılar tarixə təkcə bununla düşməyib. Təmsilçimiz estoniyalıları məğlub edən ilk komandamız olub. Üstəlik rəqibini darmadağın edən “İnter” beynəlxalq arenadakı ən böyükhesablı qələbəmizi əldə edib. İndiyədək nə avrokuboklarda, nə də əsas millinin oyunlarında Azərbaycan azarkeşləri 5 top fərqli qələbə sevinci yaşamamışdı. Bu görünməmiş qələbəni “İnter” azarkeşlərə bəxş etdi – 5:0. Bu həm də 2012/13 mövsümündə klublarımızın ilk qələbəsi oldu.


Avroliqa, I təsnifat mərhələsi
İlk oyunlar


5 iyul

“TRANS” (ESTONİYA) – “İNTER” (AZƏRBAYCAN) - 0:5
QOLLAR: Sxadadze, 12, 36, Məmmədov, 63, Adamiya, 71, Hacıyev, 78-p
Baş hakim: Aleksandr Boukat
Hakim köməkçiləri: Jimmy Cremers, Patrick Plumes
Ehtiyat hakim: Laurent Colemonts
(Hakimlər briqadası Belçikadandır)
Hakim-inspektor: Stefan Ormandjiev (Bolqarıstan)
UEFA nümayəndəsi: Milos Markovic (Serbiya)
Rakvere. “Rakvere” stadionu
“TRANS”: 1. Vladimir Malkov, 5. Sergey Kazakov, 7. Bitali Qussev, 8. Dmitris Medeçkis, 9. Maksim Qruznov, 10. Aleksandr Abramenko, 11. Sergey Leonovits, 14. Erik Qriqoryev, 15. Stanislav Kitto (k), 17. Aleksandr Alekseyev, 22. Aleksey Kuplov-Oqinski

Ehtiyat oyunçular: 33. Aleksey Matrosov, 3. Artyom Skinyov, 4. Maksim Ovsyannikov, 13. Vladislav Fyodorov, 18. Aleksandr Kulik, 20.Dmitri Borisov, 22. Vitali Kutuzov

Baş məqşçi: Aleksey Yaqudin

“İNTER”: 1. Giorgi Lomaya, 4. Valer Abramidze, 5. Slavço Georgiyevski, 10. Georgi Adamiya, 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 16. İlia Kandelaki, 20. Brüs Abdullaye, 21. Arif Daşdəmirov, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze

Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 8. Nizami Hacıyev, 9. Daniel Genov, 13. Asif Mirili, 14. Petar Zlatinov, 23. Tales Şütz. 77. Ruslan Əmircanov

Baş məşqçi: Kaxaber Sxadadze

Oyun başladı.
Matça “İnter” fəal başlayıb. Komandamız hücumlar edir.
Künc zərbəsindən sonra “Trans”ın bəxti gətirdi.
12-ci dəqiqdə Georgiyevskinin ötürməsindən sonra Sxadadze hesabı açdı
15-cu dəqiqədə Sxadadze künc zərbəsi qazanır.
Adamiyanın növbəti zərbəsini qapıçı dəf edir.
Medeçkis Niassenin qarşısını kobudluqla aldı. Bu ona sarı vərəqə bahasına başa gəldi. Matçda ilk sarı vərəqə.
Kitto Adamiyanın qarşısını kobudluqla aldı. Estoniyalılar yalnız bu yolla “İnter”i dayandıra bilir.
33-cü dəqiqədə Məmmədovun zərbəsi qapıdan yan keçdi.
Sxadadze 36-cı dıəqiqədə 2-ci qolu vurdu. Qolun assistentliyini Məmmədov etdi.
38-ci dəqiqədə Medeçis Məmmədova qarşı kobudluq etdi.
Uzatma dəqiqələrində Medeçkis təhlükəli zərbə vurdu. Lomaya komandanı qoldan xilas etdi.
Meydan sahiblərinin ifasında ardıcıl künc zərbələri. Estoniyalılar 3 belə zərbə endirsə də qapımız ağzında təhlükə sovuşdu.
Komandalar fasiləyə “İnter”in 2:0 hesablı üstünlüyü ilə yollandılar.

İkinci hissə başladı.
Bakılılar meydana çox aqresiv çıxdılar. Artıq 47-ci dəqiqədə Adamiya qol vurmağa çox yaxın oldu. Lakin Malkov meydan sahiblərini xilas etdi.
Məmmədovun zərbəsi qapıdan yan keçdi.
Bu dəfə Niasse qapını nişan aldı.
Adamiyaya qarşı kobudluq.
Gürcüstanlının cərimə zərbəsini Malkov çətinliklə dəf edir.
Abramidze də hücumlara qoşulur. Bu dəfə onun zərbəsi çərçivəyə düşmədi.
Adamiya və Sxadadze 1 dəqiqə içində ikisi də oyundankənar vəziyyətə düşdülər.
Estoniyalıları yenə Malkov xilas etdi. Qapıçı Niassenin zərbəsini dəf etdi.
Sxadadze yenə oyundankənar vəziyyətdə.
Bu dəfə Daşdəmirovun zərbəsində dəqiqlik çatmadı.
Qol epizodları bir-birini əvəzləyir. Lakin bakılılar 3-cü qolu vura bilmir.
63-cü dəqiqədə Qruznov Kutuzovla əvəzlənir.
63-cü dəqiqədə Asif Məmmədov hesabı 3:0-a çatdırır. Ona Adamiya assistentlik etdi.
64-cü dəqiqədə Borisov Leontoviçi əvəzlədi.
Bakılılar sakitləşmək bilmir. Məmmədovun zərbəsini Malkov qaytardı.
68-ci dəqiqədə Asif yerini Nizami Hacıyevə verdi.
Nizami də ilk toxunuşda qapını nişan aldı. amma dəqiqlik çatmadı.
Az keçməmiş Hacıyev fərqləndi. O, 71-ci dəqiqədə Adamiyanın qolunun ötürməsini verdi.
74-cü dəqiqədə Şütz Sxadadzeni əvəzlədi.
Meydan sahiblərinin qapısı ağzında növbəti təhlükə.
Penalti. Kazakov Abdulayeyə qarşı qaydanı pozdu.
Hacıyevdən 5-ci qol.
82-ci dəqiqədə Adamiya yerini Genova verdi.
85-ci dəqiqədə Skinyov Qussevi əvəzlədi.
86-cı dəqiqədə Hacıyevin künc zərbəsindən sonra təhlükəli vəziyyət yarandı.
Əvvəl Niasse, ardınca Şütz qapını nişan alsa da 6-cı qol qapıdan keçmədi.
Genov qola çox yaxın oldu.
Estoniyalılar 6-cı qolu buraxa bilərdi. Şützə dəqiqlik çatmadı.
Abdulaye Abramenkoya qarşı kobudluq edir.
Skinyovun cərimə zərbəsi matçda son zərbə olur.