“Hücumda problemlərimiz var”
05.07.2012 - 08:13
Avropa Liqasının I təsnifat mərhələsinin “Mura” ilə ilk oyunu ərəfəsində “Bakı” klubu mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, tədbirə qatılan baş məşqçi Novruz Əzimov sloveniyalılarla qarşılaşma haqda danışıb.
- "Bakı" "Mura" ilə oyuna nə dərəcədə hazırdır?
- Fikrimcə, 75-80 faiz hazırıq. Uğur qazanmağa çalışacağıq. Hücumda problemlərimiz var. Buna baxmayaraq, qələbə qazanmaq istəyirik. Çünki futbol təkcə hücumdan yox, həm də müdafiədən asılıdır.
- Heyəti müəyyənləşdirmisiz?
- Hələ yox. Nurlan Novruzovla bağlı qərarımı qətiləşdirməmişəm. O, bu oyuna hazırdır. Amma təcrübəsi və soyyuqanlılığı çatışmadığı üçün qəti qərar verə bilmirəm.
- Demək olar ki, "Mura"nın Bakıya hələ də gəlib çıxmaması sizin şanslarınızı artırır?
- Məncə, "Mura"nın gecikməsi elə Sloveniya komandasının özünə müsbət təsir göstərəcək. İndi onlar oyuna daha yaxşı köklənəcəklər. Yadıma gəlir ki, 1984-cü ildə biz də "Karpatı" ilə oyuna gecikmişdik. Amma çıxdıq və heç-heçəyə nail olduq.
- Demək olar ki, yeni transfer olmayacaq?
- Olacaq. Biz qapıçı və hücumçu axtarırıq. Mən Aqil Məmmədova çox güvənirəm. O, oyuna hazırdı. Yeni qapıçıya gəlincə, bizim üç variantımız var idi. Birinci uyğun gəlmədi. Digər ikisi öncə razılıq versə də, Bakıya gələndən sonra transferdən imtina etdi. Hazırda Xalidu Sissoko da məşqlərini gücləndirib.
- Uinston Parksın meydana çıxmaq şansı nə dərəcədə yüksəkdir?
- O, ancaq bir hissə oynaya bilər. Tam olaraq ikinci oyuna hazır olacaq.
- Yoxlama oyununda "Mura"nı 4:0 hesabı ilə məğlub etməyiniz bu dəfəki görüşə təsir göstərə bilərmi?
- Biz "Mura"nın sonrakı oyunlarını da görmüşük. Onların heyətində xeyli dəyişikliklər var.

0
0