“Bundan da çətin qrupa düşə bilərdik“
07.07.2012 - 00:17
“Bundan da çətin qrupa düşə bilərdik“
“Qrupda asan rəqibimiz yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında 17 yaşadək futbolçulardan ibarət yığma komandamızın baş məşqçisi Sissi Rayt deyib.
Dünya çempionatının final mərhələsində A qrupunda Kanada, Kolumbiya və Nigeriya ilə mübarizə aparacaq yığmamız debüt ilində tarix yazmaq niyyətindədir. Püşkatma mərasimində iştirak etdikdən sonra rəqibləri dəyərləndirən millimizin baş məşqçisi bunları bildirib: “Kanadanı güclü hesab edirəm. Digər iki rəqibimiz də zəif komandalar deyillər”.
Almaniyalı mütəxəssis açılış oyunundan çox şeyin asılı olacağını vurğulayıb: “Bizim üçün Kolumbiyanın çempionata necə başlayacağı çox maraqlıdır”.
Qrupdan çıxmaq şanslarımıza da toxunan almaniyalı mütəxəssis indidən proqnoz verməyib: “Bundan da çətin qrupa düşə bilərdik. Bizim əsas işimiz qızları oyunlara daha yaxşı hazırlamaqdır. Elə oyunçular var ki, təzyiq altında qabiliyyətindən aşağı oynayır və ya əksinə, bəziləri təzyiq altına düşürlər. İstəyirik ki, ilk dəfə Azərbaycanda keçirləcək dünya çempionatındanda yaxşı çıxış edək”.
0