“Anji”nin futbolçusu “Sumqayıt”da
08.07.2012 - 09:36
2012/2013 mövsümünə hazırlaşan “Sumqayıt” transfer çalışmalarını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Mahaçqalanın “Anji” klubunun əvəzedici komandasının əsas yarımmüdafiəçisi Məhəmməd Mirzəbəyov “Gənclik şəhəri”nin klubu ilə birillik müqavilə imzalayıb.
1990-cu ildə anadan olmuş futbolçu 15 yaşında “Torpedo”nın əvəzedici komandasında çıxış etməyə başlayıb. Daha sonra “Torpedo-Zil”ə keçən Məhəmməd bu klubda 22 qarşılaşmada forma geyinib.
2010-cu ildən etibarən “Anji”nin əvəzedicilərində çıxış edən yeni transfer 2011/2012 mövsümündə Mahaçqala klubunun heyətində çempionatdakı bütün görüşlərində meydana çıxıb və rəqib qapılarından 1 top keçirib. O, 37 qarşılaşmada 3895 dəqiqə meydanda olub. Məhəmməd “Sumqayıt”da icarə əsasında çıxış edəcək.

- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
0
0