Araz Abdullayev ehtiyat komandaya göndərildi
10.07.2012 - 09:13
Bakının “Neftçi” klubunun ehtiyat heyəti Avstriyada növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Ukraynanın məşhur “Dinamo” klubunun futbolçuları bu oyunda bakılılara “dərs keçib”. Kiyev təmsilçisinin 5 cavabsız qol vurduğu qarşılaşmada “Neftçi”nin bəzi əsas heyət oyunçuları da çıxış edib.
Belə ki, baş məşqçi Böyükağa Hacıyev əsas komandada görmədiyi bəzi oyunçuları “dərs”ə göndərib. Bunlar Saşa Yunisoğlu, Araz Abdullayev, Cavid İmamverdiyev və Mirhüseyn Seyidovdur. Onlar ehtiyat komandanın üzvləri kimi “Dinamo” önünə çıxıblar. Lakin buna peşman olublar – 0:5.
Qeyd edək ki, ehtiyat komandaya göndərilənlərdən biri – Araz İngiltərənin məşhur “Everton” klubuna məxsusdur.

0
0