Yığmamızın 2 oyunçusu klubundan ayrıldı
10.07.2012 - 13:56
Ukraynanın “Uraqan” futzal klubunda ciddi islahatlar gerçəkləşib. Apasport.az saytının məlumatına görə, İvano-Frankovsk təmsilçisi Ukrayna Superkubokunu və çempionatın bürünc mükafatını qazandığı 2011/12 mövsümünün yekunlarına əsasən heyətində dəyişiklikləri zəruri sayıb.
“Uraqan” müqaviləsi başa çatan 6 futbolçu ilə anlaşmanı uzatmağı lazım bilməyib. Bunlardan ikisi Azərbaycan milli komandasının üzvləri Serjao və Biro Jadedir. Yığmamızın milliləşən üzvləri bununla da 2 illik “Uraqan” karyerası başa çatıb.
2010/11 mövsümündə komandası ilə çempion və Ukrayna birinciliyinin ən yaxşı bombardiri olan Serjao “Uraqan”da 61 oyuna 61 qol vurub. Digər Ukrayna çempionu, son mövsümdə həm də oynayan məşqçi olan Biro Jade isə bu klubda 37 oyuna 13 qol vurub.

0
0