“Qarabağ”ın 2 futbolçusu hazırlıqdan kənarda qaldı
10.07.2012 - 17:38
“Qarabağ” Türkiyədəki hazırlığını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda məskunlaşdığı Qızılcahamamda bu gün 2 məşqi nəzərdə tutulub və ilk çalışma artıq yekunlaşıb. Hər zaman olduğu kimi, günün ilk çalışması 10:30-da baş tutub və fiziki hazırlığa yönəlib. Saat yarım davam edən çalışma yükləmələrlə olsa da, toplu hərəkətlərə də xeyli yer verilib.
Komandanın makedoniyalı futbolçusu Muarem Muarem məşqdə iştirak etməyib. Belə ki, tibbi heyət yarımmüdafiəçinin bir qədər dincəlməyinə ehtiyac görüb. Yığmamızın hücumçusu Vüqar Nadirov isə fizioterapevt Murat Şahinoğlunun nəzarətində fərdi çalışıb. Onun sabahdan kollektiv çalışmalara qoşulacağı gözlənilir.

0
0