“Bakı” Sloveniyada yağışa düşdü
11.07.2012 - 13:25
“Bakı” Sloveniyada yağışa düşdü
UEFA Avropa Liqası birinci təsnifat mərhələsinin cavab oyununa hazırlaşan “Bakı” artıq Sloveniyadır. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, birbaşa reyslə Maribor, oradan da Lendavaya yollanan komanda oyun öncədi ilk məşqini keçirib.

“Bakı” məşqə tam heyətlə çıxıb. İlk dəqiqələrdən güclü yağışla müşayiət olunan məşqin ikinci hissəsi ikitərəfli oyunla davam edib və yüksək əhval-ruhiyyədə başa çatıb.

Xatırladaq ki, paytaxtın eyni adlı təmsilçisi bir həftə əvvəl Bakıda “Mura” klubu ilə ilk oyundan qolsuz bərabərliklə ayrılıb. Cavab oyunu sabah Bakı vaxtı ilə saat 23:00-da Lendavada keçiriləcək və AZTV vasitəsi ilə canlı yayımlanacaq.
0