Dünyanın 2-ci bombardiri Bakıya gəlib - FOTO
12.07.2012 - 10:15
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) yüksək liqalarda ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 1989-2012-ci illəri əhatə eedən dövrün bombardiri avstraliyalı Aleksandar Duriçdir. Sinqapur vətəndaşı da olan “Tampines Rovers”in futbolçusu 473 oyunda 344 qol vurub.
Maraqlıdır ki, 2-ci yerdə “İnter”in Avroliqada rəqibi olan Estoniyanın “Trans” klubunun futbolçusu Maksim Qruznovdur. 38 yaşlı hücumçu 478 oyunda 302 dəfə rəqib qapısına yol tapıb. Maksim vurduğu qollardan 242-ni yetirməsi olduğu “Trans”ın heyətində vurub. Estoniyalı evdə “bankirlər”ə 0:5 hesabı ilə uduzduqları oyunda start heyətində meydana çıxaraq, 61-ci dəqiqədə əvəzlənib. Dünyanın 2-ci bombardiri klubunun heyətində artıq Bakıda olaraq, bu gün “Dalğa Arena”da cavab oyununda iştirak edəcək.
Qeyd edək ki, ən azı 200 qol vuran futbolçulardan karyerasını hələ də davam etdirənlər nəzərə alınır.

0
0