Kaxaber Sxadadze yunan “casuslar”ı aldadıb
12.07.2012 - 23:57
Kaxaber Sxadadze yunan “casuslar”ı aldadıb
"Bilirdik ki, rəqibimiz bu gün böyükhesablı uduzmaqdan çəkinəcək". Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze Avropa Liqasının birinci təsnifat mərhələsinin Estoniya “Trans”ına qarşı keçirilən cavab oyunundan sonra bildirib.

O deyib ki, rəqib bu görüşdə qapalı oyuna üstünlük verib: “Biz bunu əvvəlcədən bilirdik, ona görə də taktikamızı buna uyğun qurmuşduq. Qələbə qazandığımız üçün şadam. Biz bilirdik ki, bu oyunu növbəti rəqibimiz olan Yunanıstanın “Asteras” klubunun nümayəndələri də izləyir. Ona görə də bilərəkdən ehtiyatlı oynadıq, müəyyən taktiki gedişlər etdik».

Sxadadze bildirib ki, onların “Asteras” haqda məlumatları çox azdır: “Ona görə də bu komanda haqda geniş məlumat toplamağa çalışacağıq. Məqsədimiz növbəti mərhələni də keçməkdir”.
0