Dünyanın ən yaxşı futbolçusu qarət olundu
13.07.2012 - 18:36
Dünyanın ən yaxşı futbolçusu olmuş braziliyalı Rivaldo qarət olunub. Apasport.az saytının məlumatına görə, Anqolanın “Kabuskorp” klubunun 40 yaşlı yarımmüdafiəçisinin evini soyublar. Rivaldo bu olayla bağlı fikirlərini açıqlayıb: “Oğrular Anqoladakı evimə girərək, çoxlu şey aparıb. Düzdür, onlar soyuducunu oğurlamayıb. İndi hər şey qaydasındadır”.
Qeyd edək ki, bu ilin yanvarından Anqolada oynayan məşhur futbolçu yığmasının heyətində 2002-ci ildə dünya çempionu olub.
Qeyd edək ki, bu ilin yanvarından Anqolada oynayan məşhur futbolçu yığmasının heyətində 2002-ci ildə dünya çempionu olub.
0
0