“Xəzər Lənkəran” üçün 11 məqam
15.07.2012 - 09:38
Avroliqanın I təsnifat mərhələsinin “Nomme Kalyu” ilə Estoniyadakı cavab oyunu “Xəzər Lənkəran” üçün bir sıra maraqlı məqamlarla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 2:0 hesablı qələbə ilə bitən səfər matçındakı məqamlardan rəmzi “11-lik” hazırlamaq da mümkündür.
1. “Xəzər Lənkəran” avrokuboklarda 1-ci qələbəsini qazandı. Bunadək baş tutan 11 oyunda komanda 5 heç-heçə edib, 6 məğlubiyyətlə üzləşmişdi.
2. “Xəzər Lənkəran”ın hücumçusu Branimir Subaşiç ardıcıl 2 oyundur meydanı qolsuz tərk etmir. O, Avropa Liqasının I təsnifat mərhələsinin “Nomme Kalyu” ilə həm Azərbaycan, həm Estoniyadakı oyununda qol vurub. Bununla da Branimir 3 qol sahibi Zaur Ramazanovdan sonra avrokuboklarda “Xəzər Lənkəran” üçün 1-dən artıq ol vuran 2-ci oyunçu olub.
3. “Xəzər Lənkəran” avrokuboklarda 3 oyundur uduzmur. Ötən mövsümün İsrail “Makkabi”si (Təl-Əviv) ilə qolsuz heç-heçədən sonra “Nomme Kalyu” ilə oyunlarda (2:2, 2:0) seriya 3-ə çatdı. Ümumilikdə isə “Xəzər Lənkəran” artıq 6 oyundur uduzmur.
4. “Xəzər Lənkəran” avrokubokların bir duelində 4 qol vurdu. İndiyədək futbolçularımız ən yaxşı halda eyni rəqibə 2 qol vurmuşdu.
5. “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov bu postda 5-ci qələbəsini qazandı. O, buna 12 oyunda nail olub. Maraqlıdır ki, bu matç həm də komandanın avrokuboklarda 12-ci oyunu idi.
6. “Xəzər Lənkəran” avrokuboklarda qarşılaşdığı 6 komandanın hər birinə ən azı 1 qol vurub.
7. Estoniyadakı qarşılaşmada hesabı açan Ruslan Abışova qədər “Xəzər Lənkəran” formasında avrokuboklarda 7 oyunçu qol sevinci yaşamışdı. Bu 7 futbolçuya qoşulub 8-ci olan müdafiəçi həm də klubda qol hesabını açdı. Bunu 2-ci görüşdə bacaran Ruslan komandanın tarixinə 73-cü qolçu kimi daxil oldu.
8. “Xəzər Lənkəran” avrokuboklarda ilk mərhələni yarandıqdan 8 il sonra, 6-cı cəhddən keçdi.
9. Branimir Subaşiç “Xəzər Lənkəran”da ümumilikdə 9-cu qolunu vurub klub tarixinin ən yaxşı bombardirləri siyahısında 16-cı yerə yüksəldi.
10. Rahid Əmirquliyev avrokuboklarda 10-cu dəfə ağ-yaşıl forma ilə meydana çıxdı. Yubiley qeyd edən kapitan bu göstəricidə klubun rekordçusudur.
11. Ruslan Abışovun qolu avrokuboklarda yubiley – 10-cu qol oldu. Branimir Subaşiçin qolu ilə rəqib qapılarından keçirilən topların sayı 11-ə çatdı.
Mənbə: lankaranfc.com

0
0