Avroliqada rəqibimiz “Mançester Siti”nin sabiq qapıçısını transfer etdi
15.07.2012 - 10:15
“İnter”in Avroliqanın II təsnifat mərhələsində rəqibi olan Yunanıstanın “Asteras” klubu növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Tripoli təmsilçisi son 7 mövsümü İngiltərədə keçirən macarıstanlı qapıçı Marton Fulopu heyətinə cəlb edib. O, ötən mövsümü Premyer Liqa təmsilçisi “Vest Bromviç”də keçirib. Fulop bunadək “Tottenhem”, “Mançester Siti”, “Stok Siti”, “Koventri”, “Sanderlend”, “Çesterfild”, “İpsviç”də oynayıb. Yunanlar yeni legionerini iştirak ərizəsini daxil edərsə, komandamıza qarşı oynayacaq.
Qeyd edək ki, “İnter” “Asteras”la ilk oyununu iyulun 19-da evdə keçirəcək.
Qeyd edək ki, “İnter” “Asteras”la ilk oyununu iyulun 19-da evdə keçirəcək.
0
0