“Neftçi” yaxşı komandadır, amma növbəti mərhələyə biz çıxacağıq” - MÜSAHİBƏ
17.07.2012 - 09:41
Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi “Zestafoni”nin baş məşqçisi Georgi Çiaberaşvili ilk oyundan öncə mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, gürcüstanlı mütəxəssis qarşılaşma haqda fikirlərini açıqlayıb.
- Komandanı “Neftçi” ilə oyuna necə hazırlaşıb?
- Düşünürəm ki, kifayət qədər yaxşı hazırlaşa bilmişik. Çempionlar Liqasına tam hazırıq. “Neftçi” yaxşı komandadır, amma növbəti mərhələyə biz çıxacağıq.
- Müsahibələrinizin birində mərhələ keçməsəz bunun faciə olacağını demisiz...
- Bunu mən yox, jurnalistlərdən biri deyib. Mən isə faciə sözünü heç vaxt işlətməmişəm. Lakin komandamız iddialıdır və mərhələ keçmək niyyətindədir.
- “Neftçi”nin məşqçisi bildirib ki, cütün taleyini ilk matçda həll etmək üçün əllərindən gələni edəcəklər. Siz bu barədə nə deyə bilərsiz?
- Bu mümkün deyil. Çünki 1 həftədən sonra cavab oyunu var və hər şey orada həll olunacaq.
- “Zestafoni”yə mərhələ keçmək nəyə görə lazımdır?
- Bu, futbolda uğur qazanmaq üçün lazımdır. Komandamız uzun illərdir sabit inkişaf yolu tutub. Yaşadıqlarımızın qarşılığında Çempionlar Liqasının qrup mərhələsinə düşməyə layiqik. Bu mövsüm bu məqsəd üçün mübarizə aparacağıq. Düşünürəm ki, bu vəzifənin öhdəsindən gələ bilərik.
- “Neftçi”nin hansı futbolçusundan çəkinirsiz?
- Onların heç birindən qorxmuruq. Bilirik ki, “Neftçi”nin yaxşı futbolçuları var. Lakin qələbəni ayrı-ayrı oyunçular deyil, komanda qazanır.

- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb
0
0