“Bakı”da baş məşqçi dəyişikliyi: Əzimovu Bandoviç əvəzlədi
19.07.2012 - 11:32
“Bakı”da baş məşqçi dəyişikliyi: Əzimovu Bandoviç əvəzlədi
Avropa Liqasındakı uğursuzluq “Bakı” klubunun baş məşqçisi postunda dəyişikliyə səbəb olub. Apasport.az saytının məlumatına görə, klubdaxili iclasdan sonra prezident Hafiz Məmmədovun qərarı ilə Novruz Əzimov bu vəzifədən kənarlaşdırılıb.

Onun yerini çernoqoriyalı mütəxəssis Bojidar Bandoviç tutacaq. Mövsüm bitəndən sonra “Bakı”ya cəlb olunan “Olimpiakos”un sabiq çalışdırıcısı idman-direktoru postunu tuturdu və indi Əzimov bu vəzifəni daşıyacaq.