Millinin baş məşqçisi dil öyrənməyi söz verdi
19.07.2012 - 13:28
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının yeni təyin olunan baş məşqçisi Fabio Kapellonun bu postundakı fəaliyyəti ilə bağlı planları məlum olub. Apasport.az saytının məlumatına görə, 66 yaşlı italiyalı mütəxəssis millidə çalışacağı dövrdə Rusiya paytaxtı Moskvada yaşayacaq. Öz işinə ciddi yanaşması ilə seçilən Kapello rus dilini də öyrənməyə söz verib. O, futbolçularla daha yaxşı ünsiyyət qurmaq üçün bunu vacib sayır. Baş məşqçinin planlarına Rusiya çempionatının oyunlarını daim yaxından izləmək də var.
0
0