Rəşad Sadıqov qapıları səhv saldı, AZAL coşdu
22.07.2012 - 23:11
Növbəti mövsümə hazırlığı davam etdirən "Qarabağ"la AZAL şənbə günü Türkiyədə bir-biri ilə qarşılaşıb. Belə ki, ağdamlılar öncədən razılaşdıqları komandalarla sınaq görüşlərinin alınmadığını görüb eyni məkanda hazırlıq keçən "təyyarəçilər"lə qarşılaşmağı lazım bilib.
Oyun Boludakı "Koru" otelinin meydançasında baş tutub və "Qarabağ"ın darmadağın olmasıyla bitib. İlk yarım saatda 4 qol vuran "təyyarəçilər" bu üstünlüyü sona kimi qorumağı bacarıb. İlk qolu Rəşad Sadıqov 11-ci dəqiqədə öz qapısından keçiribsə, 12 və 19-cu dəqiqələrdə baxışda olan İvan Veliçko və Junior Hildo (28) da fərqlənməklə darmadağını rəsmiləşdirib.
Xatırladaq ki, "Qarabağ" Türkiyədəki hazırlıq prosesi çərçivəsində İranın "Zob Ahan" və "Traktorsazi", eləcə də Türkiyənin "Tavşanlı Linyitspor" klublarına eyni hesablarla (1:0) qalib gəlib. İyulun 24-dən 28-ə kimi 2 günlük intervalla Türkiyənin birinci liqa təmsilçiləri ilə üz-üzə gələcək "Qarabağ" "Göztəpə", "Boluspor" və "Rizespor"la qüvvəsini sınayacaq. AZAL isə Türkiyə superliqasında çıxış edən "Antalyaspor"a 0:2 hesabıyla uduzmuş, "Mersin İdman Yurdu"na 2:1 qalib gəlmişdi. Ardından Səudiyyə Ərəbistanının "Najran" klubuna 1:0 qalib gələn "təyyarəçilər" yerli "Kartalspor"a divan tutmuşdu - 3:0.
Hazırda AZAL-ın baş məşqçisi Vaqif Sadıqov daha 2 futbolçunu sınaqdan keçirir. Onlardan biri - Yeni Qvineya vətəndaşı olan Siaka Banqura hücumçudu. O, Türkiyənin "Kartalspor" klubundan dəvət olunub. Artur Tapranov isə moldovalı dayaq yarımmüdafiəçisidi və son iş yeri Rumıniyanın "Timişoara" klubu olub.
"Qarabağ"a gəlincə, Ağdam təmsilçisi ön xətt oyunçusu olan Krist Mbondini baxışdan keçirir. Kamerunlu legioner İsveçrənin "Syon" klubundan gəlib. Ölkəsinin gənclər millisinin formasını geyinən Mbondi ötən il gənclər arasında dünya çempionatında millisinin şərəfini qoruyub. 1992-ci təvəllüdlü futbolçu 180 sm boya malikdi. Mbondi haqqında yaxın günlərdə qərar veriləcək (Sport-Ekspress).

0
0