Bates özünə komanda tapdı
22.07.2012 - 23:16
Cüneyt Biçərin dəvəti ilə "Xəzər Lənkəran"a gətirilən, lakin Yunis Hüseynovun gəlişindən sonra heyətə düşməyən və qovulan serbiyalı Stevan Batesin klubsuz günləri başa çatıb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı mərkəz müdafiəçisi icarə əsasında İran Pro-liqasında çıxış edəcək. "Rad"ın futbolçusu "Mes-Kerman" komandası ilə rəsmən anlaşıb.
Qeyd edək ki, Bates Azərbaycanda "Xəzər Lənkəran"dan başqa "Bakı"da çıxış edib və karyerasının ən yaxşı günlərini məhz burada keçirib. Onun yeni komandası isə 1998-ci ildə yaradılıb və ən böyük nailiyyəti 3-cü yeri tutmaqdı.

0
0