“Xəzər Lənkəran”ın Polşaya səfəri sabaha qaldı - YENİLƏNİB
23.07.2012 - 16:01
“Xəzər Lənkəran”ın Polşaya səfəri sabaha qaldı - YENİLƏNİB
“Xəzər Lənkəran”ın Avroliqanın II təsnifat mərhələsində Polşaya səfəri yubanır. Apasport.az saytının məlumatına görə, bu, “Lex”lə cavab oyunun keçirmək üçün nəzərdə tutulan çarter reysinin gecikməyi ilə bağlıdır.

Lənkəranlılar bu gün saat 15:00-da Rusiyanın “Aeroflot” şirkətinə məxsus 120 nəfərlik təyyarə ilə Poznana yollanmağı nəzərdə tutulmuşdu. Lakin təmsilçimizin Polşaya bu gün yollanması baş tutmayıb. Naməlum səbəblərdən gecikən səfərin ilkin olaraq 4-5 saat gec başlaması ehtimal olunurdu. Ancaq problem daha ciddi olub və səfər sabaha qalıb. Belə ki, “Xəzər Lənkəran”ı Polşaya aparacaq reys sabah səhər 08:00-a təyin olunub.

Qeyd edək ki, Poznanda keçiriləcək “Lex” – “Xəzər Lənkəran” oyunu iyulun 26-da baş tutacaq.
0