Azərbaycan 3, “Neftçi” 7 ildən sonra
25.07.2012 - 10:10
Azərbaycan Çempionlar Liqasında (ÇL) uzun müddətlik həsrətə son qoydu. Apasport.az saytının məlumatına görə, ölkəmiz “Neftçi”nin sayəsində Avropanın ən nüfuzlu turnirində 3 ildən sonra mərhələ adladı. Bu, Gürcüstanın “Zestafoni” klubu ilə oyunlarda reallaşdı. Rəqibinə hər 2 oyunda uduzmayan çempionumuz evdə 3:0 hesabı ilə qalib gəldi, səfərdə 2:2 hesablı bərabərliyə qaldı.
ÇL-də bunadək sonuncu dəfə mərhələ adlayan komanda da paytaxt təmsilçisi olmuşdu. Söhbət “Bakı”dan gedir ki, 2009-cu ildə də postsovet məkanı təmsilçisi ilə dueldə buna oxşar nəticələr qeyd alınmışdı. Onda da bakılılar səfərdə 2:2 hesablı heç edərək, evdə qalib gəlmişdi – 4:2. Bundan sonra ÇL-dəki təmsilçilərimizdən “İnter”lə “Neftçi” müvafiq olaraq Polşanın “Lex” və Xorvatiyanın “Dinamo” klublarına tərəfindən mübarizədən kənarlaşdırılmışdı.
“Neftçi” də “Bakı” kimi, ÇL-də mərhələ adlamaqla, özünə ən azı 4 oyun zəmanət etdi. Belə ki, “zolaqlıalr” 3 il öncə III mərhələdə Bolqarıstanın “Levski” klubuna uduzsa da, avrokuboklardan çıxmayaraq, mübarizəni Avroliqada davam etdirmək hüququ qazandı. Orada isə son təsnifat mərhələsində İsveçrənin “Bazel” klubunu qarşımıza sədd çəkdi. İndi “Neftçi” növbəti rəqibi olan İsrailin “Hapoel” (Kiryat Şimona) klubuna uduzarsa, Avroliqanın son təsnifat mərhələsinə yollanacaq. Çempionumuz İsrail səddini keçib, ÇL-nin son təsnifat mərhələsində uduzarsa, Avroliqanın birbaşa qrup mərhələsinə düşəcək. Bu isə ölkə futbolumuzda ən böyük uğurlardan olacaq və rəqibin münasibliyi, ilk oyunu səfərdə keçirmək bunun reallaşmaq şansını artırır.
“Ağ-qaralar” ÇL-də isə 7 ildən sonra mərhələ adladı. Bu, sonuncu dəfə İslandiyanın “Hafnarfyordur” klubunu keçən zamanı olmuşdu. Onda mübarizəyə I təsnifat mərhələsindən başlayan komandamız növbəti sınaqda güclü rəqib olan Belçikanın “Anderlext” klubuna uduzdu. “Neftçi” bundan öncəki il də ÇL-də mərhələ adlamışdı. Onda Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubunu keçən bakılılar ardından Rusiya MOİK-inə yenilmişdi. Yeri gəlmişkən, ÇL-də ardıcıl 2 il mərhələ adlayan yeganə komanda məhz “Neftçi”dir. Ümumilikdə isə komanda 2008-ci ildə İntertoto kubokunu da nəzərə alsaq, avrokuboklarda 5 dəfə mərhələ adlayıb.
Qeyd edək ki, ÇL-də ilk dəfə mərhələni 2000-ci ildə “Şəmkir” Latviyanın “Skonto” klubunu keçməklə nail olub. Bununla da turnirdə 5 dəfə mərhələ keçməyimiz bu 3 klub – “Şəmkir”, “Neftçi” və “Bakı” sayəsində reallaşıb.

- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb
0
0