Hakimimiz Ermənistan klubunun qrupunun oyunlarına təyinat aldı
25.07.2012 - 17:22
Futzal üzrə FİFA hakimləri Yusif Nurullayev və Ramil Namazov yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, hakimlərimiz futzal üzrə UEFA kubokunun ilkin seçmə mərhələsinin E və G qruplarında keçiriləcək oyunlar zamanı meydana çıxacaqlar. Hər iki qrupun oyunları avqustun 7-dən 12-dək olan müddətdə keçiriləcək.
Nurullayevin təyinat aldığı E qrupunda "Enkamp" (Andorra), "Makkabi Nahalat" (İsrail), "Vegakameratene" (Norveç) və "Şaumyan" (Ermənistan) klubları, Namazovun təyinat aldığı G qrupunda isə "Jelezarets" (Makedoniya), "Yedinstvo" (Monteneqro), "Bekentas" (Litva) və "Anji Tallinn" (Estoniya) klubları mübarizə aparacaq. E qrupunun oyunları Andorrada, G qrupunun oyunları isə Makedoniyada keçiriləcək.
Mənbə: affa.az

- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb
0
0