“İnter” - 120 dəqiqəyə 1 zərbə!
27.07.2012 - 10:17
Avropa Liqasının II təsnifat mərhələsində keçirilən “Asteras” - “İnter” oyununun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı penaltilər seriyasında uduzduğu Yunanıstandakı görüşdə çərçivəyə cəmi 1 zərbə endirib. Həmin zərbə də qolla nəticələnib. Matçdakı digər zərbələri qeyri-dəqiq vuran bakılılar elə oyun sonrası penaltilərdə də dəqiq ola bilmədiyindən uduzub.
| Asteras | İnter | |
|---|---|---|
| 1 | Qollar | 1 |
| 4 | Qapıya zərbələr | 1 |
| 7 | Qeyri-dəqiq zərbələr | 7 |
| 11 | Zərbələr | 8 |
| 10 | Künc zərbələri | 7 |
| 5 | Oyundankənar vəziyyət | 0 |
| 13 | Qayda pozuntuları | 15 |
| 4 | Sarı vərəqələr | 3 |
| 0 | Qırmızı vərəqələr | 0 |
0
0