“Rəvan” öncəsi qiyam baş tutması
29.07.2012 - 12:56
“Rəvan” öncəsi qiyam baş tutması
Bakı “Rəvan”ı ilə yoxlama oyunu ərəfəsində Türkiyənin “Bucaspor” klubunda qiyam planlaşdırılıbmış. Apasport.az saytının məlumatına görə, klub akademiyasının sabiq prezidenti Seyit Mehmet Özkan öz rəhbərliyi altında yetişmiş futbolçulara xüsusi tapşırıq veribmiş. Buna əsasən akademiyanın yetirmələri “Rəvan”la oyunda meydana çıxmaqdan imtina edərək klubu pis vəziyyətdə qoymalı imiş. Lakin futbolçular “biz peşəkarıq, işimiz oynamaqdır” deməklə bundan boyun qaçırıb.
0