“Neftçi” – “Hapoel” matçının hakimi bəlli oldu
31.07.2012 - 15:53
“Neftçi”nin Çempionlar Liqasının III təsnifat mərhələsində İsrailin “Hapoel” klubu ilə cavab oyununu idarə edəcək hakim müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA avqustun 8-də “Dalğa Arena”da keçiriləcək matçı isveçli Martin Stromberqssona tapşırıb. 35 yaşlı hakim ötən ildən FİFA referisi dərəcəsini daşıyır. O, İsveçin yüksək liqasında 2009-cu ildən idarəçilik edir.
Gənc olmağına baxmayaraq, Avropada tanınmış hakimlərdən olan Martin indiyə kimi bizim oyunlara yığma səviyyəsində təyinat alıb. Belə ki, o, millimizin 2008-ci il Avropa çempionatının seçmə mərhələsində Uels yığmasına Bakıda 0:1, 2010-cu il dünya çempionatına seçmə mərhələsində Almaniya millisinə Kölndə 1:6 hesabı ilə uduzduğu rəsmi oyunları idarə edib.
Maraqlıdır ki, “Hapoel”in “Neftçi” ilə sabahkı ev oyununun baş hakim olan irlandiyalı Alan Kelli də millimizin Almaniya ilə rəsmi matçını idarə edib. Fərq ondadır ki, bu, 2008-ci ildə Bakıda 0:2 hesabı ilə yenildiyimiz oyundur.

0
0